İspaniyalı futbolçu ikinci dəfə xərçəng xəstəliyinə qalib GƏLDİ 

17:29 09.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İspaniyanın "Las Palmas" komandasının kapitanı Kirian Rodriqes ikinci dəfə xərçəng xəstəliyinə qalib gəlib.

Hafta.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi mövsümöncəsi tibbi müayinədən keçib və onun tam sağlam vəziyyətdə komandaya qoşulmağa hazır olduğu məlum olub.

Qeyd edək ki, 2022-ci ilin avqust ayında Rodriqesə limfa xərçəngi diaqnozu qoyulub. Futbolçu 2023-cü ilin yanvarında xəstəliyə qalib gəlib. Lakin bir il sonra xəstəlik yenidən baş qaldırıb. Buna baxmayaraq, 29 yaşlı futbolçu 2024/2025-ci illər mövsümündə 22 oyunda meydana çıxıb və 3 məhsuldar ötürmə ilə yadda qalıb.